Vəkillər Kollegiyası geri çəkildi

Adil İsmayılovun vəkilliyi bərpa edildi

Bir müddət əvvəl vəkillik hüququ 1 illik ləğv edilmiş Adil İsmayılovla bağlı qərara yenidən baxılıb. Vəkillər Kollegiyası qərarı ləğv edib. Bununla bağlı vəkil Adil İsmayılovun verdiyi açıqlamada deyilir:

 

DOSTLAR! ƏZİZLƏRİM !!!

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi. Əminəm ki, fəaliyyətimin bərpa edilməsi barədə xəbəri məni istəyən hər bir şəxs sevinclə qarşılayacaq, qalanlar özləri bilər. Bundan sonraki fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına , vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm. Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam.

İndi isə daim mənim yanımda olan, öz varlığını və mənim tək olmadığımı hiss etdirən hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm, yaxşı ki varsınız və mənimləsiniz. Eyni zamanda vəkillik fəaliyyətimin bərpa edilməsində birbaşa iştirak etmiş şəxlərə minnətdarlığımı bildirirəm. Mən pisliyi unudanlardanam, yaxşılığı əsla unutmuram!

Sizləri çox sevirəm 🙂

 

Time TV

leave a reply

MENU