Eldar Sabiroğlu Abbas Abbasovu ermənilərə cavab verməmək də suçlayır
HARAM OLSUN BU CÜR ZİYALIYA…
YAP Siyasi Şurasının keçmiş üzvü və partiya qurucularından Eldar Sabiroğlu facebookdakı səhifəsində yeni məqaləsini paylaşıb. Onu olduğu kimi təqdim edirik:
Az əvvəl YOUTUBE-yə baxırdım. Semyon Bağdasaryan adlı bir daşnak RİA NOVOSTİ televiziya kanalına müsahibə verirdi. Səbrimi sıxıb axıra qədər dinlədim. Moskva efirlərində tez-tez rast gəldiyimiz bu erməni sıradan bir daşnak deyil, rus ictimai fikrinə təsir göstərən qatı türk düşmənidir. Qarabağın erməni torpağı olduğunu iddia edən bu yaramaz Azərbaycana qarşı elə iddialarla çıxış edirdi ki, sanki Xocalı soyqırımını törədən bunlar olmayıb. Əksinə Azərbaycanı uydurma fikirlərlə günahlandırırdı. Xəmirləri bu cür yoğrulub. Özləri kimi gözüylə görən ikinci bir milləti dünya tanımır. Çox – çox üzr istəyirəm, elə həyasız və fahişə millətdir ki, üstlərində tutsan belə ayağa durub deyəcək ki, mən deyildim. S. Bağdasaryan da onlardan biridir. Amma milləti üçün dili ağzına yerləşmir.
Bu da Türkiyə parlamenti. Aparıcıdan Sitat:” Türkiyə BMM-nin erməni əsilli deputatı Karo Palyan Fransa mətbuatına müsahibəsində qeyd edir ki, qorxuram 100 il əvvəl ermənilərin başına gətirilən faciə kürdlərə qarşı da edilsin”. İzahına ehtiyac varmı?
Nə isə, uzun söhbətin mövzusudu. Bizimki qalıb bir Allaha. Bəs Rusiyadakı milyarder soydaşlarımız harada yatıblar!? Diaspora təşkilatları nə ilə məşğuldurlar!? Məgər bir azərbaycanlı yoxdur ki, Moskva televiziyalarında bağdasaryanların cavabını verə bilsin!?
Səsi daha gəlmir Rüstəm İbrahimbəyovun. Dünən prezident olarsa xalqı ağ günə cıxaracağı barədə vədlər verən Rüstəm bəy indi niyə danışmır? Daşnakların cavabını verməyə bəlkə qorxur? Bəlkə yaxın dostluq və qardaşlıq əlaqələrinə görə üzdən keçə bilmir? Belədirsə haram olsun ona Azərbaycanın havası, suyu. Belə ziyalıdan, xalqın “zadəgan” adamından olmasa yaxşıdır. Tahir Salahov da həmçinin. Bunların nəyi dahidir, nəyi millidir?! Yaxud döşünə “İstiqlal” ordeni taxıb da Azərbaycana qarşı çalışmalarda bulunan Abbas Abbasov. Yedi-sümürdü, sonra da qoyub getdi.
Hara aparacaqsınız? Heç yana. Hər kəsin son yeri soyuq bir məzar, bir parça kəfəndi…Başqa heç nə!!!