Azərbaycanlı qız Minskda yoxa çıxıb – ÇAĞIRIŞ



Azərbaycan vətəndaşı , Gəncə şəhər sakini, 6 dekabr 1997-ci il təvüllüdlü Əsgərova Sevda Səlim qızı Belarusiyanın paytaxtı Minsk şəhərində yoxa çıxıb. Anası Zemfira Cabbarova bildirir ki, qızı ilə 2022-in oktyabrından əlaqə kəsilib. Son əlaqə 2023-cü ilin aprelin ikisində olub. Ondan sonra qızından xəbər ala bilmir.
Zemfira Cabbarovanın sözlərinə görə, Gəncə Dövlət Universitetinin məzunu olan qızı 2021-ci ildə Azərbaycan vətəndaşı Bağırov Bəxtiyar Aqşin oğlu ilə ailə qurub. Sonra Minskə köçüblər. Qızı davamlı yoldaşı tərəfindən işgəncələrə məruz qaldığını bildirib. Bağırov Bəxtiyar hazırda Azərbaycandadır. Amma Əsgərova Sevdadan xəbər yoxdur. Azərbaycanın hüquq mühafizə orqanları məsələyə biganə yanaşır, Əsgərova Sevdanın aqibətilə kimsə maraqlanmır. Bu üzdən o, bu gün Xarici İşlər Nazirliyinin önünə gələrək kömək istəyib. Zemfira Cabbarova onun qızını görən və ya taleyindən xəbərdar olanlardan xahiş edir ki, +99451-923-06-11 saylı telefonla ona məlumat versinlər.
Ətraflı video materialda:
Burdaykən kanala dəstək üçün bəyənib paylaşmağı və teleqram kanalımıza abunə olmağı lütfən unutmayın.
https://t.me/TimeTVAzerbaycan
@TimeTVAzerbaycan #timetvazerbaijan #timetvazərbaycan #xariciişlərnazirliyi #BlearusAzərbaycanlıları

Time TV

leave a reply

MENU
Menu