Bu gün, 16 aprel tarixində I Qarabağ müharibəsi veteranı Hamlet Qasımov 2 oğlu ilə birgə Xarici İşlər Nazirliyi qarşısına gələrək etiraz edib. O, bildirir ki, övladı Ömər İbadzadə II Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədə yaralanmasına baxmayaraq əlillik təyinatı və aylıq müavinat ala bilmir. Hamlet Qasımov buna görə dəfələrlə aidiyyatı qurumlara müraciət etdiyini, lakin, nəticəsiz qaldığını deyir. Digər övladının da həqiqi hərbi xidmətə çağrılacağını bildirən ata artıq bu ölkəyə bir övlad daha vermək istəmədiyini dilə gətirir. Ailə sözügedən laqeyd münasibətə görə Azərbaycan vətəndaşlığından imtina etmək qərarındadır.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV