Bu gün, 17 aprel tarixində daha bir jurnalist, Mina Əlyarlı “Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis idarəsinə çağrılıb.
Jurnalist ikinci dəfədir ki, ifadə verməyə çağrılır. İndiyə qədər ikinci dəfə ifadəyə çağrılan jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova həbs edildiyi üçün Mina Əlyarlı da özünü həbsə hazırladığını bildirib. Lakin, o bir neçə saat dindirilmədən sonra sərbəst buraxılıb. Vəkili Nazim Musayev deyir ki, şəxsin istintaq müddəti ərzində şahid qismində bir və ya bir neçə dəfə çağrılması regular haldır. Mina Əlyarlı istintaq sirri olduğu üçün sorğuda baş verənlər haqqında danışa bilməsə də, ona qarşı hər hansı fiziki və ya psixoloji təsir olmadığını qeyd edib.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV