Aleksey Navalnı ilə vida mərasimi



Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə bu gün vida mərasimi keçirilir.
Qeyd edək ki, 16 fevralda Navalnı saxlanıldığı 3 saylı islah koloniyasında müəmmalı şəkildə ölmüşdü. Yamalo-Nenets Muxtar Dairəsi Federal Penitensiar Xidmətinin Navalnının ölümü ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, 16.02.2024-cü il tarixdə 3 saylı islah koloniyasında, məhkum olunmuş Navalnı A.A. gəzintidən sonra özünü pis hiss etdiyini bildirib və sonra huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib və təcili tibbi yardım briqadası çağırılıb. Bütün zəruri reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib.
Qərb və beynəlxalq qurumlar isə Navalnının Putinin göstərişi ilə öldürüldüyünü bildirirlər.

Time TV

leave a reply

MENU
Menu