#aksiya #etiraz #paylaş
Ədliyyə Nazirliyi önündə tək adamlıq aksiya keçirən Səlimova Fatimə bildirir ki, həyat yoldaşı, İslam Partiyasında sürücü işləmiş Səlimov Səbuhi 2021-ci ilin oktyabrın 20-sində vətənə xəyanət ittihamı ilə həbs olunub. 22 noyabr 2022-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eldar İsmayılovun verdiyi hökmlə 17 il azadlıqdan mərhum edilib. Həyat yoldaşı bildirir ki, saxlanma şəraitinə görə Səlimov Səbuhi 10 gündür ki, aclıq edir. Əvvəllər ürəyindən əməliyyat olunduğuna görə vəziyyəti pisdir. Lakin onların səsini eşidən yoxdur.
Time TV