ADR sədri, professor Qubad İbadoğlu ev dustaqlığına buraxıldı : “Mübarizəmə görə peşman deyiləm!”



Bu gün, 22 aprel tarixində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, professor Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. O, müsahibəsində buna hazır olmadığını, vəkili Zibeydə Sadıqova ilə görüşəcəyini zənn etdiyini deyib. Qubad İbadoğlu həbsdə olduğu müddət ərzində onun azadlığı üçün çalışan hər kəsə təşəkkürünü bildirib, bu günə qədərki mübarizəsindən peşman olmadığını və davam edəcəyini dilə gətirib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Onun barəsində ötən ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və həbsdə olduğu 9 ay müddətində 41 məhkəmə prosesi keçirilib.

Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!

Time TV

leave a reply

MENU
Menu