Saxalin sakini alman xalq mahnısına görə üzr istəməli olub
Saxalində yük maşını sürücüsü işləyən bir rus 19-cu əsrdə yazılmış alman xalq mahnısı “Wenn die Soldaten”i dinlədiyi üçün ətrafdakıların şikayətinə görə polisə aparılıb. Orda ondan izahat alınıb. Saxalinli izahatda yazıb ki, mahnının mənasını bilməyib, illər öncə pleylistə kimsə yazıb. Amma bununla kifayətlənməyib ondan kamera qarşısında rus xalqından üzr istəməyi tələb ediblər.
#timetvazerbaijan #timetvazərbaycan #WennDieSoldaten #Сахалин #Сахалинцу
Time TV