III Respublika Platformasının qurucu üzvü Rövşən Ağayev 23 iyul tarixində Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. R.Ağayev idarədə 6 saatdan çox dindirilib. O, müsahibəsində ümumi adı “Toplum Television işi” olan, III Respublika Platforması, Demokratik Təşəbbüslər İnstitutu və Toplum Television-ni əlaqələndirən iş üzrə sualları cavablandırdığını bildirib. İstintaq sirri olduğu üçün detallı açıqlama verə bilməyən R.Ağayev III Respublika Platformasının həbsdə olan üzvlərini möhkəm olmağa, azadlıqdakı insanları isə onları dəstəyə çağırıb.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV