“3 xəstə uşaqla ortalıqda qalmışam, 3 ildən çoxdur ki, aliment ala bilmirəm” -ETİRAZ



Bu gün, 19 aprel tarixində 3 uşaqlı ana, Samirə Quliyeva Prezident Administrasiyası qarşısında etiraz edib.
Vətəndaş məcburi köçkündür, xərçəng xəstəsidir, həyat yoldaşı ilə ayrılıb. Deyir ki, övladlarına görə ona cəmi 386 manat aliment ayrılıb ki, o da 3 ildən çoxdur ki, ödənilmir. Samirə Quliyeva bununla bağlı mümkün aidiyyatı qurum və şəxslərə müraciət etsə də, nəticəsiz qaldığını bildirir. Deyir ki, keçmiş həyat yoldaşının aldığı müavinatdan kəsilən cüzi miqdarda vəsait də şəxsinə çatmayıb. Səhhəti səbəbi ilə daha çox qurumlara gedə bilmədiyini bildirən Samirə Quliyeva xanım polis əməkdaşlarının köməyi ilə Prezident Administrasiyasının qəbul şöbəsinə yönləndirilib.

Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!

Time TV

leave a reply

MENU
Menu